Sumqayıt vergi ödəyicilərini maraqlandıran sualın cavabı

Sumqayıt vergi ödəyicilərini maraqlandıran sualın cavabı

Sumqayıt şəhərində qeydiyyatdan keçən hüquqi şəxs proqram təminatının yazılması ilə məşğul olarsa və sifarişçilər əsasən Bakı şəhərində fəaliyyət göstərərsə bu zaman sadələşdirilmiş vergi dərəcəsi neçə faiz olar?
 
Sual: Hörmətli Vergilər Nazirliyinin əməkdaşları! Sualım sadələşdirilmiş vergi dərəcəsi ilə bağlıdır. Sumqayıt şəhərində qeydiyyatdan keçən hüquqi şəxs prorqam təminatının yazılması ilə məşğul olarsa və sifarişçilər əsasən Bakı şəhərində fəaliyyət göstərərsə bu zaman sadələşdirilmiş vergi dərəcəsi neçə faiz olar? Əlavə olaraq bildirmək istərdim ki, Bakı şəhərindən proqram təminatının hazırlanması üçün verilmiş sifarişləri Sumqayıtda fəaliyyət göstərdiyim obyektdə hazırlayacam. Belə olan halda vergi dərəcəsi neçə faiz olacaq? Əvvəlcədən təşəkkür edirəm.
Altay Paşa Tanrıverdi o.
Cavab: Bildiririk ki, fəaliyyətiniz tam olaraq (proqram təminatının təqdim edilməsi daxil olmaqla) Sumqayıt şəhərində həyata keçirilməklə istehsal sahəsi, daşınmaz əmlak və işçi qüvvəsi həmin ərazidə yerləşdiyi təqdirdə əldə edilmiş hasilatdan sadələşdirilmiş vergi 2% dərəcə ilə vergi hesablanır. Eyni zamanda bildiririk ki, 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 120000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
 

 “Monitor Konsaltinq Servis” MMC  yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),

• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı        

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

 

VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...

Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf

0 Komment

    Şərh yazın