"ASAN" İmzanı əldə etməyin 2 variantı

"ASAN" İmzanı əldə etməyin 2 variantı

 
 
 
 
 
Vergilər Nazirliyi hər iki variantı geniş izah edir...
 
Asan İmza (Mobil İmza) üzrə sertifikatı əldə etmək üçün 2 variantdan biri seçilir:
 
 I variant:
Müraciət edən şəxs,  əvvəlcə mobil operatora müraciət edir. O, gələcəkdə istifadə edəcəyi sahədən asılı olaraq, Asan İmzanı dəstəkləyən “Vətəndaş”, “Biznes”, “Dövlət” tipli SİM kartlardan birini alır:
 
Kart həmin andan mobil rabitə üçün istifadə oluna bilir;
SİM kart barədə məlumatlar ASXM-ə ötürülür.
Sonra o, ASAN Xidmət Mərkəzində, Vergi ödəyicilərinin Xidmət Mərkəzlərində, Ərazi Vergilər Departamentlərinin və ya Ərazi Vergilər İdarələrinin xidmət bölmələrində fəaliyyət göstərən ASXM-in nümayəndəsinə ərizə (ərizə forması orada təqdim edilir) və tələb olunan sənədlərlə birlikdə müraciət edir, müqavilə bağlayır və sertifikatını əldə edir. Həmin andan Asan İmza (Mobil İmza) xidməti aktivləşir.
 
II variant:
Müraciət edən şəxs, ASAN Xidmət Mərkəzinə müraciət edir. Mərkəzdə mobil operatorun  nümayəndəsindən I variantda qeyd edilən SİM kartlardan birini alır. Sonra o, həmin Mərkəzdə fəaliyyət göstərən Vergilər Nazirliyinin ASXM-nin nümayəndəsinə yaxınlaşır, tələb olunan sənədləri təqdim edir və ərizə formasını doldurur. Bundan sonra müqavilə bağlanılır, sertifikat çap olunur, tərəflər tərəfindən sənədlər imzalanılır və sertifikat həmin şəxsə təqdim edilir. Həmin andan Asan İmza (Mobil İmza)  xidməti aktivləşir.
 
Rəqəmsal İD kartı üzrə sertifikatı əldə etmək üçün müraciət edən şəxs yalnız ASXM-ə müraciət edir, ərizə formasını doldurur, müqavilə bağlayır və sertifikat əldə edir. Bundan sonra sertifikat 2 günədək aktivləşir.
 
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
 

 “Monitor Konsaltinq Servis” MMC  yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),

• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı        

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

 

VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...

Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf

0 Komment

    Şərh yazın