- 0 Komment
- 04 Sentyabr 2014
Təhsil Nazirliyindən Türk liseyləri ilə bağlı açıqlama
Bakı, Gəncə, Şirvan, Quba, Lənkəran, Mingəçevir və Ağdaş liseylərində təhsil alan şagirdlərin taleyinə aydınlıq gətirildi.
"Qafqazinfo”ya daxil olan məlumatda qeyd olunur ki, Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ləğv olunmuş ümumi təhsil müəssisələrinin şagirdlərinin yerləşdirilməsi prosesini yekunlaşdırır.
Son məlumata əsasən burada təhsil almış şagirdlərin 42 faizi artıq digər dövlət və özəl məktəblərinə qəbul olunub.
Digər təhsil alanların Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş təhsil hüquqlarını təmin etmək və təhsillərini yüksək səviyyədə davam etdirilməsinə imkan yaratmaq məqsədi ilə Təhsil Nazirliyi Bakı şəhərində Akademik Zərifə Əliyeva adına liseydə, regionlardan isə Gəncə, Şirvan, Quba, Lənkəran, Mingəçevir və Ağdaşda fəaliyyət göstərən və şagirdlərinin nailiyyətlərinə görə həmin bölgədə ilk pillələri tutan dövlət ümumi təhsil müəssisələrində eksperimental pilot siniflərin açılması barədə qərar qəbul edib.
Qəbul olunmuş qərara əsasən eksperimental pilot siniflər həmin şəhərlərdə mövcud olan ABTK-nın bağlanmış lisey binalarında yerləşdiriləcək vəseçimini etməmişşagirdlərə könüllü əsaslarla bu məktəblərə keçmək təklif olunacaq.
Eksperimental pilot siniflərdə tədrisin təşkili üçün özəl təhsil qurumlarının cəlb olunması nəzərdə tutulur. Burada tam orta təhsil proqramından əlavə ayrı-ayrı fənlərin dərinləşdirilmiş, o cümlədən xarici dillərdə tədrisi proqramı tətbiq olunacaqdır.
Sentyabrın 15-də bütün ölkədəki kimi qeyd olunan siniflərdə də tədris prosesinə başlanacaq.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın