Gənclərin cəmi 9,9 faizi işsizdir

Gənclərin cəmi 9,9 faizi işsizdir

Dövlət Statistika Komitəsinin məlumatında bu cür qeyd olunub.
 
"Qafqazinfo" azadliq.info-ya istinadən məlumat verir ki, Dövlət Statistika Komitəsi 2013-cü ildə gənclərin sosial-iqtisadi vəziyyəti barədə hesabatı açıqlayıb. Sənədə əsasən, işsizlərin 51,9 faizi 15-29 yaşında vətəndaşlardır. Ölkədə iqtisadi aktiv əhalinin işsizlik səviyyəsi ilin əvvəlində 5 faiz olub. Gənclər arasında bu göstərici 9,9 faiz, o cümlədən kişilər arasında 8,2 faizdir.
 
2013-cü ildə bu göstərici 2012-ci ilə nisbətən 0,4 faiz azalıb. 19 yaşa qədər qızlar arasında işsizilik səviyyəsi yüksəkdir – 15,9 faiz. İlin əvvəli üçün iqtisadi aktiv əhalinin sayı 4 mln 757,8 min nəfər olub. Bunun 1 mln 239,8 nəfəri gənclərdir. DSK-ya görə, 19 yaşadək 15,4 min, 20-24 yaşında 63,8 min və 25-29 yaşında 43,8 min nəfər işsizdir.
 
Əhalinin 28,9 faizi gənclərdir. Onların 52 faizi şəhərlərdə, 48 faizi kəndlərdə yaşayır.
 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

                                                                                           

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın