Avropaya vizasının sadələşdirilməsi sazişi vətəndaşlarımıza xeyri

Avropaya vizasının sadələşdirilməsi sazişi vətəndaşlarımıza xeyri

 XİN-dən bu məsələ ilə bağlı açıqlama
 
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və readmissiya razılaşması haqqında saziş sentyabrın 1-dən qüvvəyə minib. Razılaşmaya görə, əsasən təhsil və biznes üçün Avropaya üz tutan azərbaycanlılar vizanı daha asan əldə edəcək, həmçinin rüsum və tələb edilən sənədlərin sayı da azaldılacaq. 
Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında sazişin məqsədi Azərbaycan və Avropa İttifaqı ölkələrinin vətəndaşları üçün qarşılıqlı prinsipi əsasında vizaların verilməsinin sadələşdirilməsidir.
 Sadələşdirilmiş viza rejiminin tətbiqi Azərbaycanla Avropa İttifaqı arasında bu sahədə əməkdaşlıq üçün yeni imkanlar açacaq. Readmissiya haqqında saziş isə qeyri-qanuni miqrasiyanın qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək. 
 
Sazişə əsasən aşağıdakı istiqamətlərdə vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi nəzərdə tutulur: 
(I)Uzunmüddətli, yəni bir ildən beş ilədək etibarlılıq müddəti olan çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi; 
(II) Viza ərizələrinə baxılması üçün rüsumun məbləğinin endirilməsi və bir qrup kateqoriyadan olan şəxslərin rüsumdan azad edilməsi; 
(III) Viza ərizəsinə baxılması müddətinin qısaldılması; 
(IV) Diplomatik pasporta malik olan şəxslərin vizadan azad edilməsi;
 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

                                                                                           

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın