- 0 Komment
- 02 Sentyabr 2014
BP və SOCAR-da işləmək istəyənlər üçün ƏLA İMKAN
ARDNŞ və BP-yə tələbat olan ixtisaslar üzrə milli kadrlar bazası yaradılacaq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycanda bir sıra iri neft-qaz layihələrinin operatoru olan Böyük Britaniyanın BP şirkəti bu gün insan resursları sahəsində işçi qüvvəsinin inkişafı və əməkdaşlığın genişləndirilməsinə dair iki sənəd imzalayıblar.
Trend-in məlumatına görə, tərəflər Qobustan Regional Tədris Mərkəzində yerli işçi qüvvəsinin tədrisi sahəsində əməkdaşlıq haqqında saziş və işə uyğunlaşdırılmış qəbul və təyinat prosesi üzrə qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
Saziş ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və "BP-Azerbaijan"ın rabitə, xarici əlaqələr və təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov imzalayıblar. Memorandumu isə X.Məmmədov və "BP-Azerbaijan"ın kadrlar üzrə vitse-prezidenti Leyla Novruzova imzalayıblar
.
İmzalanmış sənədlər neft-qaz sektorunda ehtiyac duyulan ixtisaslar üzrə yerli kadrların milliləşdirilməsi sahəsində tərəflər arasında əməkdaşlığı daha da genişləndirməyə imkan verəcək. Birinci sənədə əsasən, BP Səngəçal, Ümid, Əzimkənd və Qobustanda yaşayan yüzlərlə azərbaycanlı gəncə təhsil verməyi öz üzərinə götürüb. Bu sənəd, həmçinin ixtisaslı işçi kadrların hazırlanmasına öz töhfəsini verəcək.
Öz növbəsində, imzalanmış memorandum ölkənin əmək resurslarının rasional istifadəsi məqsədilə birgə fəaliyyətin tənzimlənməsi üçün etibarlı əsas yaradır. Bu sənəd ARDNŞ və BP-yə tələbat olan ixtisaslar üzrə milli kadrlar bazasını yaratmağa və bu bazadan rasional istifadə etməyə imkan verəcək.
“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar
Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik.
0 Komment
Şərh yazın