İcarə haqqının hesablanması ilə bağlı aktual sual
Bilmək istərdim ki, verilən möhlət ərzində (1 il ərzində) obyektin sahibkarına icarə haqqı ödənilmədiyi halda mənim vergi öhdəliyim yaranırmı, yəni 14% vergilərə ödəməliyəmmi?
Sual: Salam. Mən gözəllik salonu açmaq üçün icarəyə 3 il müddətinə obyekt götürmək istəyirəm. Obyektin sahibkarı obyekti mənə icarə müqaviləsi ilə bir il ərzində icarə haqqını ödəməmək şərti ilə (möhlətli olaraq) verir. Bilmək istərdim ki, verilən möhlət ərzində (1 il ərzində) obyektin sahibkarına icarə haqqı ödənilmədiyi halda mənim vergi öhdəliyim yaranırmı, yəni 14% vergilərə ödəməliyəmmi? Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm. Hörmətlə.
Aysel Şabanbəyli
Cavab: Bildiririk ki, icarə müqaviləsi icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ verdiyindən, icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikasında daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.
Vergi ödəyicisi daşınan və daşınmaz əmlak üçün icarə haqqı ödədikdə (rezident müəssisələrə və qeyri-rezidentlərin daimi nümayəndəliklərinə ödənməsi istisna olmaqla) bu gəlirdən ödəmə mənbəyində xərclər çıxılmadan 14 faiz dərəcəsi ilə gəlir vergisini tutmağa və tutulmuş vergini hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməyə borcludur
Vergi ödəyicisi daşınan və daşınmaz əmlak üçün icarə haqqı ödədikdə (rezident müəssisələrə və qeyri-rezidentlərin daimi nümayəndəliklərinə ödənməsi istisna olmaqla) bu gəlirdən ödəmə mənbəyində xərclər çıxılmadan 14 faiz dərəcəsi ilə gəlir vergisini tutmağa və tutulmuş vergini hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməyə borcludur.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
“Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı
504 səhifəlik, qalın üzlü “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın