Kimlər üçün əmək müqaviləsinin elektron qeydiyyatına ehtiyac yoxdur?

Kimlər üçün əmək müqaviləsinin elektron qeydiyyatına ehtiyac yoxdur?

Prezidentin fərmanı ilə Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı təsdiq olundu.
 
 
Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı
 
 
Azərbaycan Respublikasının Prezidentinin 
2014-cü il «__8_ »_iyul_tarixli 
206  nömrəli Fərmanı ilə təsdiq edilmişdir.
 
1. Seçki və ya təyinatı Azərbaycan respublikasının Milli Məclisi tərəfindən aparılan vəzifələr;
2. təyinatı Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan  Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan  Respublikasının Nazirlər Kabineti tərəfindən aparılan vəzifələr;
3. seçki və ya təyinatı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, təyinatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən aparılan vəzifələr;
4. prokurorluq, ədliyyə, fövqəladə hallar, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında xüsusi rütbəli vəzifələr;
5. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin mülki işçilərinin tutduğu vəzifələr.
 

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın