Direktorla əmək müqaviləsinin imzalanmasına DƏMX-dən rəsmi cavab

Direktorla əmək müqaviləsinin imzalanmasına DƏMX-dən rəsmi cavab

Bu məktub mühasib və HR-lərin stolüstü sənədi olmalıdır...

 
 
Son vaxtlar Vergilər Nazirliyinin iş yerlərində əmək müqavilələrinin bağlanması ilə bağlı apardığı kampaniyalar fonunda direktorla əmək müqaviləsinin bağlanılıb-bağlanılmaması müzakirə olunan mövzulardandır. Jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərovun fikrincə, direktorla müqavilə bağlanılmasına ehtiyac yoxdur. Çünki direktora nizamnaməyə əsasən  səlahiyyətlər verilir. Ekspertimizin fikrincə, direktor protokolla, qərarla təyin olunur.  Ştat cədvəli tərtib olunanda isə orda direktorun da əməkhaqqı yazılır və direktor özü öz əməkhaqqını təsdiq edir. Bu sənədləşmələr nəticəsində direktorun əməkhaqqı təsdiqlənir. Eyni zamanda, protokolda da direktorun əməkhaqqı barəsində qeydlər aparıla bilər, buna da  heç bir məhdudiyyət yoxdur. 
Qeyd olunan məsələ ilə bağlı rəsmi mövqeyi öyrənmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) məktubla müraciət etdik. Yeri gəlmişkən, hər zamankı kimi, suallarımızı operativ cavablandırdığına görə DƏMX-nin sədr müavini Məhərrəm Məhərova öz təşəkkürümüzü bildiririk.  
DƏMX-yə təşkilatımız tərəfindən aşağıdakı suallar göndərilib:
- Təşkilat məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyatdan keçib. Hal-hazırda təşkilatda 3 işçi fəaliyyət göstərir: Direktor, mühasib və ofis meneceri. Mühasib və ofis meneceri ilə əmək müqaviləsi bağlanılsa da, direktorla bu cür sənədləşmə aparılmayıb. Bunun səbəbi kimi direktorun səlahiyyətlərinin nizamnamə ilə tənzimlənməsi göstərilib. DƏMX-nin yoxlamaları zamanı direktorla əmək müqaviləsinin olmaması qanun pozuntusu kimi qəbul edilərək bu halda İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinin müddəaları tətbiq olunurmu?
 
Dövlət Əmək Müfəttişliyi Xidməti 11 iyul 2013-cü il tarixli cavab məktubunda suallarımızı belə cavablandırıb:
Sorğuda qeyd olunan hal üzrə əmək münasibətlərinin 2 istiqamətdə izah edilməsi daha doğru olardı.
1. Müəssisəni təsis edən sahibkar eyni zamanda həmin müəssisənin direktoru vəzifəsini icra edir.  Bu halda təsisçi təkdirsə, əmək müqaviləsi bağlanılmır. Yox, əgər, müəssisə bir neçə təsisçi tərəfindən yaradılıbsa və onlar arasından bir nəfər direktor vəzifəsinə təyin edilibsə,  bu şəxslə idarə heyəti arasında əmək müqaviləsi bağlanılmalıdır.
2. Müəssisənin təsisçilərinin sayından asılı olmayaraq, müəssisənin direktor vəzifəsinə kənar bir şəxs təyin olunubsa, həmin işçi digər isçilər kimi qanunvericiliyə uyğun olaraq əmək müqaviləsinin bağlanılması təmin edilməlidir.
 
Cavablardan göründüyü, DƏMX rəsmilərinin fikrincə, yalnız təsisçi və direktor eyni şəxs olduqda, əmək müqaviləsinə ehtiyac yoxdur. Qalan bütün hallarda, əmək müqaviləsi imzalanmalıdır. DƏMX cavabı oxuculara təqdim etməkdə məqsədimiz odur ki, gələcəkdə onları gözləyə biləcək inzibati cərimələrdən söğortalana bilsinlər.
 

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər