Vergi Məcəlləsinə CİDDİ DƏYİŞİKLİK

Vergi Məcəlləsinə CİDDİ DƏYİŞİKLİK

Prezidentin 20 iyun 2014-cü il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” ilə Vergi Məcəlləsinin 2 maddəsində ciddi dəyişiklik olunub.
 
 
20 iyun tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” ilə Vergi Məcəlləsinin 2 maddəsində (Əmlak vergisi və Torpaq vergisi) yerli vergilərlə bağlı ciddi dəyişiklik olunub.
Bu qanunun qəbuluna qədər fiziki şəxslərin əmlak vergisi fiziki şəxslərin xüsusi mülkiyyətində olan əmlakın inventarlaşdırılmış dəyəri 5 min manat azaldıldıqdan sonra yerdə qalan məbləğ 0.1%-lə vergiyə cəlb olunmaqla hesablanılırdı. 
Artıq verginin hesablanılması prinsipi dəyişdirilib. İndi verginin hesablanılması üçün əmlakın dəyəri yox, sahəsi əsas götürüləcək. Yeni dəyişiklikdən sonar binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə birinci cədvəldə göstərilən dərəcələr tətbiq olunacaq
Əmlak vergisinin dərəcələri Bakı şəhəri, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu, Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri və Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) olmaqla 4 kateqoriya üzrə fərqləndirilib.
Qeyd edək ki, bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar da tətbiq olunacaq. Çox güman ki, bunula bağlı Nazirlər Kabinetinin ayrıca qərarı olacaq. 
İkinci dəyişiklik isə torpaq vergisi ilə bağlıdır. Kənd təsərrüfatı torpaqları istisna olmaqla, digər - Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar və Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə hesablanan vergilərin dərəcələrində dəyişiklik olunub. Hər iki qrup torpaqlar üzrə onların sahəsi 10 min kvadrat metrə qədər olduqda torpaq sahəsinin hər 100 kvadratmetrinə görə bir dərəcə ilə, 10 min kvadrat metrdən yuxarı olan hissə üçün torpaq sahəsinin hər 100 kvadratmetrinə görə isə ayrı dərəcə ilə hesablanacaq. Qeyd edək ki, əvvəllər 10 min kvadrat metrdən yuxarı olan hissə üçün ayrıca hesablama tətbiq olunmurdu.
Adıçəkilən torpaq vergilərinin hesablanması qaydası ikincicədvəldəki kimi olacaq
Qeyd olunan torpaq vergilərinin dərcələri Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri, Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri, Digər şəhərlər və rayon mərkəzləri və Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər olmaqla 4 kateqoriya üzrə fərqləndirilib.
Qeyd edək ki, dəyişikliklər 1 yanvar 2015-ci ildən qüvvəyə minəcək.
 

0 Komment

    Şərh yazın