TQDK-dan vacib açıqlama

TQDK-dan vacib açıqlama

 

İxtisas seçiminin tarixi açıqlandı.


 
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi iyulun 24-dən avqustun 5-dək aparılacaq. 
 
ANS PRESS-in TQDK-a istinadla verdiyi məlumata görə, qəbul aparılan ixtisaslar və onların kodları, ixtisaslar üzrə plan yerləri “Abituriyent” jurnalının 4-cü sayında təqdim olunub.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ixtisas seçiminə kömək məqsədilə hər bir ixtisas qrupunun abituriyentləri üçün «İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?» adlı vəsaitlər çap edilib.
.
Vəsaitlərdə hər bir ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri, müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar təqdim olunub.
 
Xatırladaq ki, abituriyentlərin ixtisas seçimi zamanı düzgün istiqamət götürmələrinə kömək məqsədilə ali və orta ixtisas təhsili müəssisələrinə ötənilki qəbul imtahanlarında formalaşmış keçid balları haqqında məlumatlar ayrıca vəsaitlərdə çap olunub.
 
Qeyd olunan vəsaitləri TQDK-nın binası qarşısındakı "Abituriyent" köşkündən almaq olar, vəsaitləri həmçinin elektron formatda (pdf) http://eservices.tqdk.gov.az/ejurnal linkinə keçərək əldə etmək mümkündür.
 
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi avqustun 8-dən 13-dək aparılacaq. İxtisas seçimində ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi ilə bağlı ətraflı məlumat 5 saylı "Abituriyent" jurnalında təqdim olunub.
 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

                                                                                           

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın