Depozit olanlar və qoymaq istəyənlər, Bu xəbərə DİQQƏT!!!

Depozit olanlar və qoymaq istəyənlər, Bu xəbərə DİQQƏT!!!

Bank işçisi necə  vətəndaşın əvəzinə imza edib depoziti mənimsədi?
 
“Dəmirbank” ASC-nin Sumqayıt filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. 
 
 
Baş Prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, istintaq zamanı filialın müdir müavini vəzifəsində işləyən Cabir Sultanovun qulluq mövqeyindən istifadə etməklə filialda müştərinin adına açılmış depozit hesabdan 10 min manat məbləğində pulun alınmasına dair sənədə vətəndaşın əvəzinə imza edib həmin məbləği nağd olaraq şəxsən götürərək mənimsəmə yolu ilə talamasında, həmçinin Sumqayıt şəhər sakini tərəfindən depozit hesaba köçürülməsi üçün ona verilmiş 40 min manat məbləğində pulu hesaba köçürməyərək etibardan sui-istifadə edib dələduzluq yolu ilə ələ keçirməsində, habelə filialın xəzinədar-əməliyyatçısı Səidə Abıyevaya müştərinin iştirakı olmadan 
rəsmi sənədləri tərtib etdirib müştərinin adından imzasını icra etdirməklə “Dəmirbank” ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan C.Sultanova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), S.Abıyevaya isə həmin məcəllənin 308.1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilib.
 
İstintaq dövründə dəymiş ziyanın tam ödətdirilməsi təmin olunub.
 
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

                                                                                           

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın