Dövlət Qulluğundan "ASAN Xidmət"ə işə qəbulla bağlı açıqlama

Dövlət Qulluğundan "ASAN Xidmət"ə işə qəbulla bağlı açıqlama

"ASAN Xidmət"də işləmək istəyənlərin sayı rekord səviyyədir.
 
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 3 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına (Dövlət qulluğunda vəzifə: bölgü şərtləri) uyğun olan 12 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edib. Vəzifələrdən 10-u mərkəzi icra hakimiyyəti orqanının yerli təşkilatlarında, 2-si isə məhkəmə orqanlarının aparatındadır. Müsabiqə üzrə qeydiyyat iyulun 14-də başa çatıb.
 
Komissiyanın 18 iyul açıqlamasına görə, ən çox namizədin qeydə alındığı dövlət orqanı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (www.vxsida.gov.az) olub: 754 namizəd.
 
Müsabiqənin test imtahanı mərhələsi 21 iyuldan başlayır.
 
 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

                                                                                           

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

 

0 Komment

    Şərh yazın