700 bal toplayanların məktəbləri açıqlandı

700 bal toplayanların məktəbləri açıqlandı

 

 

7 savadlı tələbədən 2-si hansı regionun məktəbini bitirib?
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında ən yüksək bal-mümkün 700 balı toplayan abituriyentlərin kimliyini və təhsil aldıqları məktəblərin adlarını açıqlayıb. 
 
 
“Qafqazinfo” xəbər verir ki, komissiyadan Trend-ə verilən məlumata görə, həmin məzunların ikisi rayon və kənd orta məktəbinin, qalanları isə təmayüllü məktəblərin və liseylərin məzunlarıdır. I ixtisas qrupunda Qurbanlı Könül Yusif qızı Azərbaycan bölməsi üzrə sənəd verib. O, Bakı şəhərindəki “Zəngi” liseyinin bu ilki məzunudur.
 
Ibrahimov Eltun Nazim oqlu Azərbaycan bölməsinə sənəd verib və
 
Bakı şəhərindəki Kimya-biologiya təmayüllü liseyi bu il bitirib.
 
Hacili Məmməd Ismayil oqlu Azərbaycan bölməsinə sənəd verib. O, Bakı şəhərində Bakı özəl türk liseyinin "Dədə Qorqud" filialını bu il başa vurub.
 
Nəbizadə Fatimeyizəhra Nemət qızı Azərbaycan bölməsinə sənəd verib, Bakı şəhərindəki Bakı Türk liseyinin (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi) bu ilki məzunudur.
 
Quluzadə Nurlan Fəzayil oqlu Azərbaycan bölməsinə ərizə verib. O, Bakı şəhərindəki “Zəkalar” liseyinin cari il məzunudur.
 
IV ixtisas qrupu üzrə sənəd vermiş Məmmədzadə Ilkin Rəfael oqlu Azərbaycan bölməsi üzrə ərizə verib. O, Ağdam rayonu Çəmənli kənd orta məktəbinin bu ilki məzunudur.
 
Bu qrupa sənəd verən Qasımov Nicat Nazim oğlu da Azərbaycan bölməsi üzrə ərizə verib. O, Ağsu rayonu 1 saylı şəhər orta məktəbinin bu ilki məzunudur.
 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

                                                                                           

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın