Mebel mağazasının yayındırdığı inanılmaz vergi məbləği

Mebel mağazasının yayındırdığı inanılmaz vergi məbləği

Həmin mağazada və fabrikdə keçirilmiş tədbirlər zamanı mühasibatlıq və “qara mühasibatlıq” sənədləri, fəaliyyəti əks etdirən elektron məlumatların saxlanıldığı kompüter prosessorları aşkar olunaraq götürülüb.


 
 
 
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsi iyulun 14-də rəsmi məlumat yayıb. Məlumatda deyilir: “Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş məlumat əsasında aparılmış əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Bakı şəhəri, akademik Həsən Əliyev prospekti, 78 ünvanında mebel satışı ilə məşğul olan “Verona Lux” mağazasına faktiki rəhbərliyi 2009-cu ildən fəaliyyətini dayandırmış fiziki şəxs Həbilov Rüfət Məhəmməd oğlu həyata keçirir. Araşdırma zamanı mağazada satılan mebellərin İtaliya istehsalı kimi təqdim olunduğu, lakin faktiki olaraq Biləcəri qəsəbəsində yerləşən “Səma LTD” MMM-ə məxsus olan mebel fabrikində hazırlandığı, mebellərin birbaşa fabrikdən evlərə aparılaraq quraşdırıldığı, satılan mebellərə görə sifarişçilərə ciddi uçot blankı olan sənədlərin verilmədiyi, əhali ilə nağd hesablaşma qaydalarının pozulması halları da müəyyən edilib.
 
Həmin mağazada və fabrikdə keçirilmiş tədbirlər zamanı mühasibatlıq və “qara mühasibatlıq” sənədləri, fəaliyyəti əks etdirən elektron məlumatların saxlanıldığı kompüter prosessorları aşkar olunaraq götürülüb.
 
Toplanmış materiallar Vergi Auditi Departamentinə göndərilib və aparılmış səyyar vergi yoxlamaları nəticəsində fiziki şəxs Həbilov Rüfət Məhəmməd oğlunun 562 min 483,61 manat və “Səma LTD” MMM-in 549 min 699,49 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmaları müəyyən edilib. Hər iki fakt üzrə departamentin istintaq idarəsində Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işləri başlanıb və hazırda həmin işlər üzrə ibtidai istintaq davam etdirilir”.
 

 “Monitor Konsaltinq Servis” MMC  yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),

• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı        

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

 

VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...

Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

 

0 Komment

    Şərh yazın