Vergilər Departmenti mərc oyunları keçirən şirkəti məhkəməyə verdi

Vergilər Departmenti mərc oyunları keçirən şirkəti məhkəməyə verdi

 

 

Maliyyə sanksiyasının məbləği açıqlanmır, lakin təxminən 18 min manatdan söhbət getdiyi bildirilir.
 
Azərbaycanda mərc oyunları keçirən “Futbol-Planet” MMC-yə qarşı maliyyə sanksiyasının tətbiq olunması ilə bağlı məhkəmə keçiriləcək. 
 
“Qafqazinfo”nun xəbərinə görə, şirkətə qarşı maliyyə sanksiyasını Bakı Şəhər Vergilər Departamenti tətbiq edib.
 
Şirkət departamentin iddia etdiyi məbləği ödəmədiyindən qarşı tərəf məhkəməyə müraciət edib.
 
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Bakı Şəhər Vegilər Departamentinin iddiasını təmin edib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. İşə Ali Məhkəmədə baxılacaq.
 
Maliyyə sanksiyasının məbləği açıqlanmır, lakin təxminən 18 min manatdan söhbət getdiyi bildirilir.
 
Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bir müddət əvvəl “Futbol-Planet” MMC-nin keçirdiyi lotereya fəaliyyətini dayandırıb.
 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

                                                                                           

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın