SOCAR-dan yeni ixtisar dalğası

SOCAR-dan yeni ixtisar dalğası

"Artıq bununla bağlı orada çalışan işçilərə bildirişlər paylanılıb. Bildirişlərdə idarə əməkdaşlarına 2 ay müddətində özlərinə yeni iş yerini tapmaları ilə bağlı müraciət olunub"
 
 
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin Şabran Qaz İstismar İdarəsi ləğv edilir.
 
“APA-Economics”in məlumatına görə, artıq bununla bağlı orada çalışan işçilərə bildirişlər paylanılıb. Bildirişlərdə idarə əməkdaşlarına 2 ay müddətində özlərinə yeni iş yerini tapmaları ilə bağlı müraciət olunub.
 
“Azəriqaz” İB-nın mətbuat xidmətinin rəhbəri Araz Ağayev “APA-Economics”ə bildirib ki, bu ilin iyun ayının 17-dən etibarən Xaçmaz və Salyan Regional Qaz İstismar İdarələri yaradılıb. “Xaçmaz Regional Qaz İstismar İdarəsinin yaradılması ilə əlaqədar olaraq, struktur dəyişikliyi və struktur təkmilləşdirilməsi işləri getdiyi üçün işçilərə bildirişlər paylanılıb. Bu təbii prosesdir. Xaçmaz Regional Qaz İstismar İdarəsi Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar Qaz İstismar İdarələrinin yenidən qurulması nəticəsində yaradılır. Buna görə də 6 rayonun qaz istismar sahələrinin işçilərinə əmək qanunvericiliyinə uyğun olaraq bildirişlər paylanılıb. Bu idarələr yenidən təşkil olunduğu üçün bunların maddi-texniki bazasında Xaçmaz Regional Qaz İstismar İdarəsi yaradılır. Köhnə struktur qalmayacağı üçün orada işləmiş işçilər regional idarədə işlə təmin olunacaqlar. Bu insanların yenidən işlə təmin olunması məsələsi isə İnsan Resursları İdarəsinin səlahiyyətindədir”.
 
Bu regionda işləyib sərbəstləşəcək işçilərin sayına gəldikdə isə qurum rəsmisi indidən hər hansı məlumat verə bilməyəcəyini qeyd edib.
 

 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

                                                                                           

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər