İsrail ölkəsindən maraqlı metod

İsrail ölkəsindən maraqlı metod

Tixacı belə həll edərlər...


 
Dünyanın ilk hava avtomobil sistemi İsrailin Tel-Əviv şəhərində qurulur.
 
Bu sistem avtomobillərin havada quraşdırılmış relslər vasitəsilə hərəkətini nəzərdə tutur.
 
Sistemi “SkyTran” şirkəti tətbiq edir. Sınaq məqsədi daşıyan bu layihə uğurla yekunlaşarsa, şəhərdə hava relslərinin geniş şəbəkəsi qurulacaq. 2015-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulan bu layihəyə əsasən əvvəlcə nəqliyyatın sıx olduğu ərazilərdə iki nəfərlik maşınlardan istifadə ediləcək. Layihə çərçivəsində sərnişinlər “ağıllı telefon”lar vasitəsilə maşın sifariş edə, dayanacaqdan-dayanacağa gedə bilərlər.
 
Maşınlar saatda 70 kilometrə qədər sürətlə hərəkət edəcək. Ticarət məqsədli nəqliyyat vasitələrində isə sürətin 240 kilometrədək çıxacağı bildirilir.
 
“SkyTran”ın Hindistan, ABŞ və digər ölkələrdə də oxşar layihələri var. Bu layihələr İsraildəki pilot proqramı müvəffəqiyyətlə başa çatacağı təqdirdə həyata keçiriləcək.
 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

                                                                                           

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər