Məleykə Abbaszadən Təhsil Nazirliyi ilə bağlı açıqlama
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Təhsil Nazirliyi tərəfindən ötən bir il ərzində görülən işlər və bunun şagirdlərin biliyinə təsiri barədə danışıb.
“Elə bir islahat yoxdur ki, bir il ərzində aparılsın və həmin vaxt başa çatandan sonra hansısa nəticə analiz edilsin”.
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Təhsil Nazirliyi tərəfindən ötən bir il ərzində görülən işlər və bunun şagirdlərin biliyinə təsiri barədə suala cavabında deyib.
M. Abbaszadə bildirib ki, hansısa islahatı aparmaq üçün müəyyən vaxt verili: “Mən hansısa bir dövlət qurumunun işinə qiymət vermək fikrində deyiləm. İkincisi isə biliyin qiymətləndirilməsini hər il aparırıq deyə, yalnız keçən il və əvvəlki illərlə bu ilin nəticələrini müqayisə edə bilərik. Bu nəticələr bilavasitə uşaqların imtahanlarda göstərdiyi biliyin qiymətləndirilməsi nəticəsində olan fikirlər, əsaslardır. Deyə bilərəm ki, keçən illə müqayisədə buraxılış imtahanlarının nəticələri eyni səviyyədədir. Qəbul imtahanlarının nəticələrinə gəlincə, bu proses tam başa çatmayıb deyə, biz ümumi nəticə haqqında heç nə deyə bilmərik”.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın