Vergilər Nazirliyi bu ilki imtahanda işə qəbul olunların sayını açıqladı

Vergilər Nazirliyi bu ilki imtahanda işə qəbul olunların sayını açıqladı

Bu tədbirdə iştirak etmək kimlər istəməzdi....
 
İyul ayının 2-də Vergilər Nazirliyində vergi orqanlarına işə qəbul edilmiş gənc kadrlarla görüş keçirilmişdir. Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov yeni işə qəbul olunmuş gəncləri təbrik edərək, onlara yeni işlərində uğurlar arzulamışdır. İnsan resurslarının idarə olunmasının Vergilər Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzində saxladığını vurğulayan nazir müavini əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizdə aparılan iqtisadi siyasət, onun tərkib hissəsi olan vergi siyasəti, həyata keçirilən vergi islahatları barədə görüş iştirakçılarına məlumat vermişdir.
 
O vurğulamışdır ki, Vergilər Nazirliyi ölkəmizdə işə qəbulu test üsulu əsasında keçirməyə başlamış ilk mərkəzi icra hakimiyyəti orqanıdır. Bu il dövlət vergi orqanlarında işə qəbulla bağlı test imtahanında 1390 nəfər iştirak etmiş, onlardan 76-nəfəri test mərhələsində, 58 nəfəri isə Vergilər Nazirliyində keçirilən müsahibədə uğur qazanaraq vergi xidməti orqanlarında işlə təmin olunmaq imkanı əldə etmişlər. Hər bir namizədlə fərdi qaydada müsahibə aparılmış, onların bilik və bacarıqları, ümumi dünyagörüşü və təhlil apara bilmək qabiliyyətləri yoxlanılmışdır. İşə qəbul prosesinin hər iki mərhələsindən keçmiş namizədlər Vergilər Nazirliyinin kadr ehtiyatına daxil edilmişdir. O da diqqətə çatdırılmışdır ki, indiyədək keçirilmiş 9 müsabiqə nəticəsində vergi xidmətinə 1050-yə yaxın gənc kadr işə qəbul olunmuşdur ki, bu da hazırda vergi orqanlarında çalışan işçilərin təxminən əlli faizinə yaxındır.
 
Vergi orqanlarının fəaliyyətinin xüsusiyyətlərindən söz açan S.Məmmədxanov Vergilər Nazirliyində kadrların peşə hazırlığı səviyyəsinin daim yüksəldilməsi məqsədilə insan resurslarının inkişafı üzrə konsepsiyasının uğurla həyata keçirildiyi, bilik və bacarıqlarını artırmaq üçün onlara hər cür şərait yaradıldığı barədə də gələcək vergi orqanı əməkdaşlarına ətraflı məlumat vermişdir.
 
Tədbirin sonunda yeni işə təyin olunmuş 21 nəfərə xidməti vəsiqələr təqdim edilmişdir
 

 “Monitor Konsaltinq Servis” MMC  yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),

• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı        

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

 

VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...

Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər