Vergi orqanı "Dəmirağac"ın məişət avadanlığı siyahıya aldı

Vergi orqanı "Dəmirağac"ın məişət avadanlığı siyahıya aldı

"Samara"dan da ərzaq məhsulları siyahıya alındı...
İyun ayının 23-25-də 6 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının alınması şöbəsinin əməkdaşları tərəfindən idarənin əhatə dairəsində yerləşən bir sıra borclu vergi ödəyicilərində əmlakın siyahıya alınma tədbirləri keçirilmişdir. Masallı rayonu, Qəriblər kəndində yerləşən “Dəmirağac” MMC-nin fəaliyyəti vergi orqanları tərəfindən araşdırılarkən, onun  3762 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilmiş, bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməmişdir. Yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən may ayının 21-də əmlakın siyahıya alınması haqqında Qərar çıxarılmış və vergi ödəyicisinə məxsus 3410 manat dəyərində məişət avadanlığı müəyyən edilmiş qaydada siyahıya alınmışdır.
 
 
Masallı şəhəri, H.Aslan küçəsi, ev 21A ünvanda yerləşən, fiziki şəxs Teymurov Loğman Firuz oğluna məxsus mebel sexində əmlakın siyahıya alınması tədbirləri keçirilmiş, tədbir zamanı 1636 manat vergi borcu müqabilində 2000 min manat dəyərində olan mebel istehsalı üçün xammal siyahıya alınmışdır.
 
Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, ev 24 ünvanda yerləşən, fiziki şəxs Həsənov Ramin Cəfər oğluna məxsus obyektdə əmlakın siyahıya alınması tədbirləri həyata keçirilmişdir. Audio-video çəkilişlər, evlərdə və obyektlərdə kameraların quraşdırlması ilə bağlı xidmətlərin göstərilməsi ilə məşğul olan vergi ödəyicisinin fəaliyyəti araşdırılarkən, 1105  manat məbləğində borcunun yarandığı müəyyən edilmiş, borcun ödənilməsini təmin etmək üsulu kimi obyektdəki 300 manat dəyərində olan müxtəliv cihaz və avadanlıq müəyyən edilmiş qaydada siyahıya alınmışdır.
 
Siyahıya alınma tədbirləri 8 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının alınması şöbəsinin əməkdaşları tərəfindən də keçirilmiş, İmişli şəhəri, S.Fətəliyev küçəsində yerləşən, fiziki şəxs Abbasov Azər Fətulla oğluna məxsus “Samara” topdan və pərakəndə satış ticarət obyektində vergi ödəyicisinin 1010 manat vergi borcu müqabilində 1018 manatlıq ərzaq məhsulları müəyyən edilmiş qaydada siyahıya alınmışdır.
 
Eləcə də İmişli-Kürdəmir yolunun 15-ci km-də yerləşən, fiziki şəxs Nəsirov Vilayət Əlibala oğluna məxsus tikinti materialları satılan obyektdə də vergi ödəyicisinin, 1295 manatlıq vergi borcu müqabilində 1435 manat dəyərində tikinti materialları, lak və boya məmulatları, rayonun Yalavac kəndinə yerləşən, fiziki şəxs Şükürov Ağaməmməd Mİrzə oğluna məxsus obyektdə isə 1024 manatlıq borc müqabilində 1050 manat dəyərində müxtəlif növ dəmir, lak-boya, şüşə məmulatlar və digər tikinti materialları müəyyən edilmiş qaydada siyahıya alınmışdır.
 

“Monitor Konsaltinq Servis” MMC  yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),

• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı        

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

 

VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...

Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

0 Komment

    Şərh yazın