Vergilər Nazirliyi səyyar vergi yoxlaması ilə bağlı AÇIQLAMA yaydı

Vergilər Nazirliyi səyyar vergi yoxlaması ilə bağlı AÇIQLAMA yaydı

Nə vaxta qədər vergi ödəyicisi müstəqil olaraq vergi hesabatlarını bir daha yoxlaya və vergi qanunvericiliyinin pozulması halları aşkar edildikdə vergi yoxlamasının başlandığı günədək onları aradan qaldıra bilər?
 
BİLDİRİŞ-MƏLUMAT
 
Hörmətli vergi ödəyicisi!
 
Bildiririk ki, qanunla müəyyən edilmiş vergiləri ödəmək Azərbaycan Respublikasının Konstitusiyası ilə hər bir kəsin borcu hesab olunur.
 
Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Həvalə edilən nəzarət funksiyalarının yerinə yetirilməsi vasitələrindən biri səyyar vergi yoxlamalarının keçirilməsidir. Mahiyyət etibarı ilə səyyar vergi yoxlaması (vergi auditi) vergi ödəyicilərinin vergi bəyannamələri, uçot sənədləri, vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, habelə vergi ödəyicisinin elektron daşıyıcılarındakı məlumatları və s. əsasında bir qayda olaraq vergi ödəyicisində (yerlərə gedərək) aparılan vergi yoxlamasıdır.
 
Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması
 ildə bir dəfədən çox olmayaraq keçirilir və səyyar vergi yoxlaması, müstəsna hallar olmadıqda, 30 gündən artıq davam edə bilməz. Növbədənkənar səyyar vergi yoxlamasından fərqli olaraq, növbəti səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilməlidir. Bu müddət ərzində vergi ödəyicisi ilkin uçot sənədlərinin və digər mühasibatlıq sənədlərini yoxlama üçün hazırlamalı, həmin müddət bitdikdən sonra səyyar vergi yoxlaması başlayarkən vergi orqanının qanuni tələbi ilə yoxlamanı aparan şəxsə təqdim etməlidir.
 
Bununla yanaşı, səyyar vergi yoxlamasının başladığı günədək vergi ödəyicisi müstəqil olaraq vergi hesabatlarını bir daha yoxlaya və vergi qanunvericiliyinin pozulması halları aşkar edildikdə vergi yoxlamasının başlandığı günədək onları aradan qaldıra bilər.
 
Əlavə məlumat almaq üçün respublika üzrə fəaliyyət göstərən 54 vergi ödəyicilərinə xidmət mərkəzindən hər hansı birinə və Vergilər Nazirliyinin “195” Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.
 

VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...

Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf

0 Komment

    Şərh yazın