DİQQƏT! ƏƏSMN elektron sistemin istifadə tarixini açıqladı

DİQQƏT! ƏƏSMN elektron sistemin istifadə tarixini açıqladı

İşəgötürənlərə əvvəllər bağlanmış əmək müqavilələrini qeydiyyata salmaq üçün nə qədər vaxt veriləcək?
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı rəsmi məlumatda qeyd olunur ki, əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar nazirliyin www.mlspp.gov.az  saytında yerləşdirilib.
 
 
Sənəddə əmək müqaviləsi bildirişinin formaları və həmin  bildirişin elektron informasiya sisteminə (EİS) daxil edilməsi, əmək müqaviləsi bağlanıldığı, ona dəyişiklik edildiyi və ya xitam verildiyi halda əmək müqaviləsi bildirişi və müvafiq əlavələrdə onların formaları, bildirişlərin və onlarla bağlı məlumatların real vaxt rejimində əldə olunması və sair qaydalar əksini tapır.
 
Elektron informasiya sistemi iyulun 1-də istifadəyə veriləcək. Elektron informasiya sistemi bu ilin iyulun 1-dən istifadəyə veriləcək. İşəgötürənlərə əvvəllər bağlanmış əmək müqavilələrini qeydiyyata saldırmaq üçün 3 ay əlavə vaxt verilməsi və geniş maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.
 

0 Komment

    Şərh yazın