Həftəsonu sürücülərə BƏD XƏBƏR- Cərimə 5 dəfə artırıldı

Həftəsonu sürücülərə BƏD XƏBƏR- Cərimə 5 dəfə artırıldı

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib.
 
Icbari sığorta müqaviləsi bağlamayanlara qarşı cəzalar sərtləşdirilir. Belə ki, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib.
 
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Məcəllənin 253-1.2-ci və 253-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, icbari sığorta qanunvericiliyinə əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 10 manat, vəzifəli şəxslər 60 manatdan 80 manatadək, hüquqi şəxslər 150 manatdan 200 manatadək miqdarda cərimə ediləcək.
 
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin
 itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə, fiziki şəxslər 500 manat miqdarında, vəzifəli şəxslər 1500, hüquqi şəxslər 5000 manat miqdarında cərimə ediləcək.
 
“İcbari sığortalar haqqında” Qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 50 manat miqdarında, vəzifəli şəxslər 100 manat miqdarında, hüquqi şəxslər 300 manat miqdarında cərimə ediləcəklər.
 

VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...

Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf

0 Komment

    Şərh yazın