ŞAD XƏBƏR! Heydər Əliyev Sarayının arxasındakı duracaqda qiymətlər aşağı düşüb

ŞAD XƏBƏR! Heydər Əliyev Sarayının arxasındakı duracaqda qiymətlər aşağı düşüb

Artıq səhər saat 8:00-dan axşam saat 20:00-a kimi 12 saat ərzində avtomobili saxlamağın aylıq qiyməti nə qədərdir?
 
Bakıda müvəqqəti duracaqlarla bağlı tətbiq ediləcək yeniliklər son sınaq mərhələsindədir. Bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev məlumat verib.
İdarə rəisi həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin qanunsuz parklanma ilə bağlı müvafiq göstərişindən sonra görülən tədbirlər nəticəsində ödənişli avtomobil duracaqlarından istifadə edənlərin sayı artıb. Bəzi yerlərdə isə artıq qiymətlər də aşağı salınıb: "Məsələn, Heydər Əliyev Sarayının arxasındakı duracaqda qiymətlər aşağı düşüb. Təbii ki, işə gələn adam istəyər ki, 8-9 saat avtomobilini belə bir təhlükəsiz yerdə saxlasın. 
Məsələn, səhər saat 8:00-dan axşam saat 20:00-a kimi 12 saat ərzində avtomobili saxlamağın aylıq qiyməti 30 manatdır. Yəni günə cəmi 1 manata düşür. Ödəniş aylıq deyil, gündəlik olanda, saatı 50 qəpik, 12 saatı 3 manatdır. Bu qiymətlər hələlik yalnız Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan parkinqlərə aiddir. Özəl parklama yerlərində isə qiymətləri onlar özləri təyin edirlər".
 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın