Vergi orqanlarına işə qəbulla bağlı keçid balı 70-dən 65-ə salınır?

Vergi orqanlarına işə qəbulla bağlı keçid balı 70-dən 65-ə salınır?

Vergilər Nazirliyinin nümayəndəsi bu məsələyə aydınlıq gətirdi

 

Xəbər verdiyimiz kimi, Vergi orqanlarında işə qəbulla bağlı imtahanın nəticələri açıqlanıb: Məlumata əsasən, işə qəbulla bağlı müraciət edənlərin 1931 namizədin 1314 nəfəri yetərincə bal toplamayıb, 76 nəfər 70 və daha çox bal toplayıb, 541 nəfər isə test imtahanında iştirak etməyib. Keçid balının nazirlik tərəfindən aşağı salınması ilə bağlı Vergilər Nazirliyinin nümayəndəsi bildirib ki, 70 bal prezident fərmanı ilə müəyyən edilib və nazirliyinin keçid balını dəyişmək səlahiyyəti yoxdur. 2010-2011-ci ildə nazirliyinin keçid balının 75-dən 70 bala salmasına gəlincə isə,bildirilib ki,  qanun 2005-ci ildən qüvvədədir və heç vaxt dəyişdirilməyib və başqa qayda tətbiq olunmayıb.

 

 

VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...

Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər