SOCAR-da müsahibəsindən uğurla keçmək nələri etmək lazımdır?
Neft şirkəti bununla bağlı tövsiyyələr hazırlayıb?
ARDNŞ-də müsahibə işə qəbul müsabiqəsinin sonuncu mərhələsi (test imtahanından sonra) olub “panel müsahibəsi” formatında aparılır.Bu mərhələdə namizədlərin müvafiq vakansiyaya uyğun olan bilik, bacarıq və qabiliyyətləri, eyni zamanda şirkətin korporativ ruhuna və işin xususiyyətinə uyğun olan fərdi keyfiyyətləri yoxlanılır. Namizədin sahə üzrə bilikləri nəzəri, situativ və praktiki suallar vasitəsilə aşkar edilir. Namizədin fərdi keyfiyyətləri davranış sualları vasitəsilə müəyyən edilir. Davranış sualları vasitəsilə namizədin işə və şirkətin korporativ ruhuna uyğun olan fərdi keyfiyyətləri, məsələn “ünsiyyət qurma bacarığı”, “qərar qəbul etmə bacarığı”, “problemləri həll etmə bacarığı” və s.aşkar olunur.
● ARDNŞ-nin İnsan Resursları Departamenti işə qəbul müsahibəsindən uğurla keçmək üçün aşağıdakıları sizə tövsiyə edir.
➣ İddia etdiyiniz (İşə qəbul olunmaq istədiyiniz) vakansiyaya müraciət etməzdən əvvəl
(elektron müraciət formasını doldurmazdan əvvəl) Vakansiyanın Təsviri Formasını diqqətlə oxuyub tələblərlə tanış olun.
➣ ARDNŞ və onun müraciət etdiyiniz müəssisə və ya təşkilatı, onun təyinatı, yerinə yetirdiyi işlər, layihələr haqqında geniş məlumat toplayın.
➣ Şəxsi keyfiyyətlərin və davranış xüsusiyyətlərinin müəyyənləşdirilməsinə əsaslanan müsahibə formatı haqqında internet araşdırması aparın.
➣ Öz bilik və bacarıqlarınızla bağlı realist olun. İddialı olmaqdan qorxmayın. Əldə edə biləcəkləriniz, hədəfləriniz və özünüzü bir neçə il sonra harda görmək istədiyiniz haqqında düşünün.
➣ Geyiminizə diqqət yetirin. Professional görkəm haqqınızda müsbət ilkin təəssürat formalaşdırır.
VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...
Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.
Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf
0 Komment
Şərh yazın