Vergi orqanlarına işə müraciət edənlərdən cəmi .... 4 faizi 2-ci mərhələyə keçib

Vergi orqanlarına işə müraciət edənlərdən cəmi .... 4 faizi 2-ci mərhələyə keçib

Sizcə, göstəricinin bu cür aşağı olmasının səbəbi nədir?
 
Vergi orqanlarına işə qəbulun test mərhələsini müvəffəqiyyətlə başa vurmuş namizədlərlə görüş keçirilmişdir
 
İyun ayının 4-də Vergilər Nazirliyində vergi orqanlarına işə qəbul olunmaq üçün test imtahanından müvəffəqiyyətlə keçmiş 76 nəfər namizədlə görüş keçirilmişdir.
 
İnsan resursları idarəsinin rəisi, baş vergi xidməti müşaviri Faiq Şahbazov işə qəbulun test mərhələsini müvəffəqiyyətlə başa vurmuş namizədləri salamlayaraq onları təbrik etmiş, yaxın günlərdə müsabiqə komissiyası tərəfindən keçiriləcək müsahibədə 70 baldan yuxarı toplamış bu gənclərin iştirak etmək imkanı qazandıqlarını bildirərək onlara uğurlar arzulamışdır. İnsan resurslarının idarə olunmasının Vergilər Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayan idarə rəisi  əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışdır.
 
F.Şahbazovun sözlərinə görə, Vergilər Nazirliyi ölkəmizdə işə qəbulu test üsulu ilə keçirməyə başlamış ilk mərkəzi icra hakimiyyəti orqanıdır. 
İndiyədək keçirilmiş 9 belə müsabiqə nəticəsində vergi xidmətinə 1000 nəfərdən çox gənc kadr işə qəbul olunmuş, indi isə daha 76 nəfər namizəd növbəti mərhələdə öz qüvvələrini sınamaq imkanı qazanmışdır. Qeyd olunmuşdur ki, test imtahanında iştirak etmək üçün elektron ərizə ilə müraciət edən 2303 nəfərin 1931-nin sənədləri qəbul olunmuş, imtahanda 1390 nəfər iştirak etmişdir. Test imtahanında uğur qazanmış 76 nəfər növbəti mərhələdə Vergilər Nazirliyinin Aparatında müsabiqə komissiyası tərəfindən müsahibədən keçməlidirlər. Bu mərhələdən də uğurla keçən namizədlər vergi orqanlarında işlə təmin olunmaq imkanı əldə edəcəklər.
 
Xatırladırıq ki, müsahibənin dəqiq vaxtı və nəticələri barədə Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) və kütləvi informasiya vasitələrində məlumat veriləcəkdir.
 

VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...

Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf

0 Komment

    Şərh yazın