Kassadan 1 milyon oğurlayanla bağlı maraqlı məlumatlar...

Kassadan 1 milyon oğurlayanla bağlı maraqlı məlumatlar...

Təqsirləndirilən şəxs Salyandakı uşaqlar evinə 2 min manat bağışlayıb
 
Bu il aprelin 11-də Abşeronda yerləşən “Karat” MMC un məmulatları şirkətinin baş ofisindən 1 milyon manat oğurlanması faktı ilə bağlı yeni təfərrüatlar məlum olub. 
 
Oxu.Az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, oğurluqda təqsirli bilinən Qobu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Ramiz Salman oğlu İmaməliyevin anası və qardaşı da iyunun 3-də saxlanılıblar.
 
Fakt DİN-in nəzarətində olduğundan RPŞ saxlanılan şəxslər barədə əlavə məlumat vermir. İstintaq şöbəsi isə saxlanılan şəxslər barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbirinin seçildiyini təsdiq edib.
 
Məlumat üçün bildirək ki,
 Ramiz İmaməliyev tərəfindən oğurlanan məbləğin böyük hissəsi qısa zamanda əyləncəyə, kafe və barlarda gecə klublarında qızlara xərclənib. 
 
198,500 manat təqsirləndirilən şəxsin babasının məzarında başdaşının altından aşkarlanaraq götürülüb. Səməd Vurğun küçəsi-41-də yaşayan R.İmaməliyevin mənzilindən 24 min manat müsadirə olunub.
 
Oğurluq yolu ilə alınmış “İnfiniti” markalı maşının salonunun saxlanc yerindən isə əlavə olaraq 5 min tapılıb. 
 
O da məlum olub ki, təqsirləndirilən şəxs Salyandakı uşaqlar evinə 2 min manat bağışlayıb.
 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın