Bakıda maşından istifadə edənlər üçün BƏD XƏBƏR

Bakıda maşından istifadə edənlər üçün BƏD XƏBƏR

Bakının hansı prospektlərində “ağıllı radarlar” quraşdırılıb?
 
Bakının bəzi yollarında “ağıllı radarlar” quraşdırılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, paytaxt ərazisində surət həddini ölçən kifayət qədər radar olmasına baxmayaraq, bəzi sürücülər həmin radarlara az qalmış surət həddini aşağı salır, radarı keçdikdən sonra avtomobili yenidən yolda müəyyən edilən surətdən artıq sürətlə idarə edirlər:
“Lakin həmin sürücülər “ağıllı radarları” aldada bilməyəcəklər. Artıq Tbilisi və Nobel prospektlərində belə radarlar quraşdırılıb. “Ağıllı radarlar” 
asfalt örtüyünə çəkilən naqil vasitəsi ilə avtomobilin iki radar arasında məsafəni hansı müddətə getdiyini müəyyənləşdirərək orta surət çıxarır”.
V.Əsədov “ağıllı radarlar”ın yaxın gələcəkdə paytaxtın digər küçə və prospektlərində də quraşdırılacağını bildirib.
 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın