Şəxsiyyət vəsiqəsinin rüsumu 5 dəfə artırıldı...

Şəxsiyyət vəsiqəsinin rüsumu 5 dəfə artırıldı...

Amma qanunun qüvvəyə minməsi tarixi maraqlıdır
 
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi maksimim 10, minimum 1 gündə həyata keçiriləcək.
 
Bundan başqa, şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsumlar artırılıb.
 
Beləliklə, şəxsiyyət vəsiqəsi on gün müddətində verildikdə və ya dəyişdirildikdə 5 manat (hazırda üç iş günündən sonrakı müddətdə verilməsi və ya dəyişdirildirilməsi üçün rüsum 1 manatdır), üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat (hazırda bu məbləğ 10 manatdır), bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 35 manat (hazırda bir günə şəxsiyyət vəsiqəsi verilmir) rüsum nəzərdə tutulur.
 
Qanun 2015-ci il dekabrın 1-dən qüvvəyə minəcək. Yəni o vaxta qədər əhali şəxsiyyət vəsiqələrinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişi köhnə rüsumlarla həyata keçirəcək.
 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın