DƏHŞƏT! Firmanın kassasından ...... 1 milyon manat pul ogurlanıb
Oğurlanan pulun 200 min manatı Qobu qəsəbəsinin qəbiristanlığına gətirərək babasının başdaşının altına qoyub...
Bir neçə ay əvvəl Abşeron rayonunda baş vermiş 1 milyon manatlıq oğurluq əməli ilə bağlı maraqlı faktlar üzə çıxıb.
Oxu.Az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Xırdalan şəhərində, Şamaxı şosesində yerləşən “Karat” un firmasının baş ofisindən külli miqdarda pul oğurluğuna görə tutulmuş 1986-cı il təvəllüdlü Ramiz İmaməliyev pulun bir hissəsini avtomobillərə xərcləyib.
R.İmaməliyev istintaqa ifadəsində deyib ki, aprelin 11-nə keçən gecə ofisin damından keçərək seyfdəki 1 milyon manat pulu hissə-hissə çıxarıb. Daha sonra o, pulu bir neçə yerə ayırıb və 200 min manatı Qobu qəsəbəsinin qəbiristanlığına gətirərək babasının başdaşının altına qoyub. 28 yaşlı oğlan yerdə qalan pula özünə son model
“İnfiniti” markalı avtomobil alıb. Həmçinin “Mercedes” markalı başqa avtomobil də alaraq qardaşına hədiyyə edib.
Bundan başqa R.İmaməliyev demək olar ki hər gün şəhərin mərkəzindəki barlardan bir neçə qız götürərək Binəqədi rayonu ərazisindəki otel-restorana gətirirmiş və burada eyş-işrətlə məşğul olurmuş.
Hazırda R.İmaməliyev ətrafında araşdırmalar davam etdirilir.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın