Əmək Qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı maraqlı sual

Əmək Qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı maraqlı sual

“Monitor Konsaltinq” jurnalının eksperti Altay Cəfərov bu məsələyə aydınlıq gətirir

 

 

Sual:Salam, bilmək istəyirəm ki, bülettenə çıxanda əmək stajıma görə mənə maaşın 60 faizi ödənilir. Ancaq tibbi arayışa görə heç bir maaş hesablanmır və heç bir ödəniş edilmir. Bu, doğrudur?

Elçin Şəkərov

Cavab: Bu haqda "Əmək Münasibətləri: A-dan Z-yə" kitabında və əvvəlki buraxılışlarımızda məlumat vermişik. Bildirim ki, Nazirlər Kabinetinin qərarına əsasən, əmək qabiliyyətinin itirilməsinə görə müavinət (sizin qeyd etdiyiniz bülleten pulu)

 ancaq xəstəlik vərəqəsinə görə verilir. Xəstəlik vərəqəsi də ciddi hesabat sənədidir. Tibbi arayışa görə isə heç bir ödəniş aparılmır. Sizin qeyd etdiyiniz kimi bülleten əsasında müavinət ödənilir.

 

 

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın