Milli Məclis hansı növ verginin nəğd ödənişinə qadağa qoydu?

Milli Məclis hansı növ verginin nəğd ödənişinə qadağa qoydu?

Yeni dəyişiklik isə bu söz-söhbətlərin qarşısını alacaq və məsələdə şəffaflığın təmin olunmasına gətirib çıxaracaq
 
Milli Məclisin (MM) Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Bələdiyyələrin statusu haqqında" və "Büdcə sistemi haqqında" qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələrinin müzakirəsinə baxılıb. SİA-nın xəbərinə görə, hər 3 sənəd barədə məlumat verən komitənin sədri Arif Rəhimzadə bildirib ki, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanuna 11.4-cü maddənin əlavə olunması təklif olunur, yəni, bundan sonra yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçiriləcək.
 
Onun sözlərinə görə, bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nəğd şəkildə qəbul olunması artıq bundan sonra qadağan olunacaq: "Bu günə kimi yerli vergi və ödənişlər nağd şəklində də ödənilirdir. Bu da təbii ki, artıq-əskik söz-söhbətlərə səbəb olurdu.
 Yeni dəyişiklik isə bu söz-söhbətlərin qarşısını alacaq və məsələdə şəffaflığın təmin olunmasına gətirib çıxaracaq. Mövcud dəyişiklik eyni zamanda düzgün işləyən bələdiyyələrin xeyrinə olacaq.
 
Sonra "Bələdiyyələrin statusu haqqında" qanun layihəsi barədə məlumat verən A. Rəhimzadə deyib ki, təklif edilən dəyişikliyə əsasən bundan sonra bələdiyyələr tərəfindən hüquqi və fiziki şəxslərin müraciəti əsasında 5 gündən gec olmayaraq, onların yerli vergilər və ödənişlər üzrə borcları barədə arayış veriləcək.
 
Daha sonra "Büdcə sistemi statusun haqqında" qanuna dəyişlik barədə danışan komitə sədri qeyd edib ki,  həmin sənədin 32.2.2-ci maddəsinə yeni məzmunda hissənin əlavə olunması təklif edilir: "Bu günə kimi büdcə barədə çox danışmışıq. Yəni, indiyə kimi "Büdcə sistemi haqqında" qanunun müvafiq maddəsində dotasiyalar və subvensiyalarla bağlı normalar yoxdu, bu, sadəcə, ümumi sözlərlə əksini tapmışdı. İndi isə 32-ci maddədə dotasiyalar və subvensiyalarla bağlı normalar ayrıca abzasla qeyd olunur ki, bunun özü də çox mütərəqqi addımdır. Bundan sonra daha dəqiq bilinəcək ki, bələdiyyələrə konkret nə qədər dotasiya ayrılıb və onların istifadəsi nə yerdədir".
 
Qeyd edək ki, müzakirələrdən sonra hər 3 qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
 

Yoxlamalar 2013
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın