Ölkəmizdə Ferrarinin ilik sığorta haqqı məbləğinə ... yeni maşın almaq mümkündür
Kasıblar, bu xəbər Sizlik deyil...
Azərbaycanda "Ferrari" avtomobili almaq istəyənlər, avtomobilin öz qiyməti ilə yanaşı, onun sığorta haqqı barədə də düşünməlidirlər. İlkin məlumatlara görə, belə avtomobilləri sığortalamaq üçün adi avtomobilin dəyəri qədər sığorta haqqı ödəmək lazım olacaq.
Azərbaycanda yenicə fəaliyyətə başlayan "Ferrari" salonunda satılan lüks avtomobillərin illik sığorta haqqı alıcıların yaşından və cinsindən asılı olacaq. Bu barədə fins.az-a avtomobillərin sığortası ilə məşğul olan "Xalq Sığorta" şirkətin satış departamentinin direktoru Emil Tahirov bildirib. Onun sözlərinə görə, gənc alıcılar üçün sığorta haqqı daha bahalı olacaq, çünki onlar avtomobili daha sürətlə idarə edirlər, əksinə yaşlılar daha ehtiyatlı olurlar.
Qadınlar üçün də sığorta haqqı yüksək olacaq -
sığorta şirkətləri hələ də onların avtomobil sürmək bacarıqlarına etibar etmirlər.
Sığorta haqqı "Ferrari"lərin Bakıda və ya regionda sürülməyindən də asılı olacaq. Regionlarda sürüləcək "Ferrari"ləri sığortalamaq daha ucuz olacaq: "Çünki regionlarda avtomobillərin sıxlığı az olduğuna görə, qəza törənməsi ehtimalı da aşağıdır".
E.Tahirov bildirib ki, hələlik "Ferrari"lərin sığortalanması üçün sığorta tarifləri müəyyən edilməyib. Səbəbi odur ki, bu tarif müəyyən ediləndə hər bir müştəriyə fərdi yanaşılacaq. Bununla yanaşı, departament rəhbərinin sözlərinə görə, sığorta tarifləri hazırda bazarda adi avtomobillər üçün tariflərdən az olmayacaq, əksəni onlardan bir qədər yüksək ola bilər. Qeyd edək ki, hazırda avtomobillərin könüllü sığortası üzrə tariflər avtomobilin dəyərinin 3-3,5%-i arasında dəyişir.
"Ferrari" salonlarındakı avtomobillərin qiymətini nəzərə alanda (ən ucuzu 258 min manat, ən bahalısı 430 min manat) onların illik sığorta haqqı 7700 manatdan 15 min manatadək dəyişəcək.
Müqayisə üçün bildirək ki, bu məbləğə Azərbaycanda adi avtomobil, məsələn "Hyundai Accent" almaq mümkündür.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın