Vergilər Nazirliyi imtahanın suallarının tərkibinə aydınlıq gətirdi

Vergilər Nazirliyi imtahanın suallarının tərkibinə aydınlıq gətirdi

Vergilər Nazirliyinin İnsan resursları idarəsinin rəisi Faiq Şahbazovdan imtahana hazırlaşanlar üçün vacib acıqlama
 
Məlumat verdiyimiz kimi, Azərbaycan Respublikası Vergilər Nazirliyi Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün müsabiqə elan edib.  Bununla əlaqədar olaraq, Vergilər Nazirliyinin İnsan resursları idarəsinin rəisi Faiq Şahbazov nazirliyinin Face- Vizit proqramının qonağı olub. Dövlət vergi orqanlarına işə qəbul zamanı verilən imtahan sualların tərkibi ilə bağlı sualı cavablandıran Faiq müəllim bildirib ki, ötən imtahana nisbətən ciddi dəyişiklik olmayacaq: "Hər namizədə 100 sual təqdim olunacaq. Onlardan 80-ni Vergilər Nazirliyi, 20-si isə Tələbə Qəbulu üzrə Dövlət komissiyası
tərəfindən tərtib olunur. Vergilər Nazirliyinin işçi qrupu tərəfindən hazırlanan suallar Vergi Məcələsi, Konstitutsiya, qanunlardan ibarət olacaq. 
Bu suallar iqtisadiyyat və hüququ aid olacaq.  Tələbə Qəbulu üzrə Dövlət komissiyası tərəfindən hazırlanan 20 sualın 10-u informatikaya, qalan 10 sual isə namizədin dünyagörüşünü yoxlamaq üçün xüsusi suallar olacaq. Sualların hərəsi 1 bal sistemi ilə qiymətləndiriləcək.70 və 70-dən yuxarı bal toplayanlar müsabiqədən keçmiş hesab olunacaq."
 

İmtahan gününə qədər VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabına böyük endirim

Hal-hazırda qiyməti 15 manat olan kitabı 03 iyun 2014-cü il tarixə qədər 10 MANATA əldə edə bilərsiniz. Qeyd edək ki, kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda vergi imtahanlarda rast gəlinə biləcək 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər