Bankomatdan pul çıxardanlar üçün ƏLA XƏBƏR

Bankomatdan pul çıxardanlar üçün ƏLA XƏBƏR

“MilliKart” prosessinq mərkəzinin “Cash algorithm” xidmətinin hansı faydası var
 
Azərbaycanda bankomatlardan pul çıxaranlar həmin məbləği istənilən əskinaslarla əldə edə bilərlər. Fins.az-ın məlumatına görə, bu “MilliKart” prosessinq mərkəzinin “Cash algorithm” xidməti vasitəsilə mümkün olub.
 
Bu xidmət sayəsində müştəri öz istəyindən asılı olaraq bankomatdan pulu iri və yaxud kiçik əskinaslarla çıxara bilərlər. Yəni, müştərinin seçimindən asılı olaraq pul tamamilə 50 və 100 manatlıq əskinaslardan ibarət verilə bilər, pulu 1,5,10,20 manatlıqlar vasitəsilə də götürmək olar.
 
“Cash algorithm” xidməti “Millikart”ın tərəfdaşı olan 18 bankın təxminən 700 bankomatında göstərilir. Həmin banklar
 aşağıdakılardır:
 
-Azərbaycan Sənaye Bankı
- Azər-Türk Bank
- Bank of Baku
- Əmrahbank
- Bank Respublika
- Atabank
- Bank Standard
- Bank Technique
- Dəmirbank
- Expressbank
- Kredobank
- Naxçıvanbank
- Parabank
- Rabitəbank
- Turanbank
- Unibank
- Xalqbank
- Zaminbank
 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın