Depozit yerləşdirmək istəyənlər, bu məsələyə diqqət!

Depozit yerləşdirmək istəyənlər, bu məsələyə diqqət!

Maraqlıdır, faizin dəyişməsinin əsas səbəbi nədir?
 
Bu gündən etibarən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10%-dən 9%-ə endirilir.
 
Fonddan “APA-Economics”ə verilən məlumata görə, bu tarixdən üzv banklarda illik 9%-dən yuxarı faiz dərəcəsi ilə yerləşdiriləcək əmanətlər qorunmayan əmanət hesab ediləcək.
 
Xatırladaq ki, bu barədə qərar Fondun Himayəçilik Şurasının mayın 6-da keçirilən iclasında Mərkəzi Bankla razılaşdırmaqla qəbul edilib. Əlavə olaraq bildirilib ki, əmanət müqavilələrinin müddəti bitdikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin günə qorunan əmanətlər üzrə maksimum faiz dərəcəsinə diqqət edilsin.
 
Qeyd edək ki, 
42 bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və bu banklardan birində və ya bir neçəsində sığorta hadisəsi baş verərsə qorunan əmanətçinin qorunan əmanətinə hər bir sığorta hadisəsinə görə (hər banka görə) ödənilməli olan kompensasiya məbləği 30 min manat təşkil edir.
 
Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmir. Sığorta haqları yalnız üzv banklar tərəfindən ödənilir.

 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın