Direktorun əmək müqaviləsi ilə bağlı maraqlı sual

Direktorun əmək müqaviləsi ilə bağlı maraqlı sual

"Monitor Konsaltinq" jurnalının eksperti Altay Cəfərov bu məsələyə aydınlıq gətirir
 
Sual: Salam hörmətli redaksiya.Sizə belə bir sualla müraciət etmək istəyirəm. Şirkət noyabr ayında qeydiyyatdan keçib, fəaliyyəti isə mart ayından başlayıb. Bu halda şirkət rəhbərinin təyin olunması barədə əmri hansı tarixdə versək, daha düzgün olar? Əmək müqaviləsi ilə təyinat barədə əmrin tarixinin eyni gündə olması şərtdirmi? Əvvəlcədən təşəkkürümü bildirirəm.
Sabina Aliyeva
Cavab: Əlbəttə ki, şirkət direktorunun təyin olunması haqda əmrlə əmək müqaviləsi bağlayacaqsınızsa,
 ikisi də eyni tarixdə olmalıdır. Bundan əlavə şirkəti qeydiyyatdan keçirən zaman orada qanuni təmsilçi kimi direktor təyin olunur. Vergi orqanları həmin vətəndaşı sizin direktor kimi qəbul edəcək və ona əməkhaqqının hesablanılması tələb olunacaq. Ona görə də yaxşı olardı ki, qeydiyyatdan sonra fəaliyyətə başlamamasınızsa, fəaliyyətin müvəqqəti dayandırılması haqqında ərizə ilə vergi orqanlarına müraciət edəsiz ki, problem yaşanmasın. Fəaliyyətə başlayan zaman isə həm vergi orqanlarına məlumat vermək, həm də yenidən əmr verərək əməkhaqqı hesablamaq lazımdır.
 

İmtahan gününə qədər VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabına böyük endirim

Hal-hazırda qiyməti 15 manat olan kitabı 03 iyun 2014-cü il tarixə qədər 10 MANATA əldə edə bilərsiniz. Qeyd edək ki, kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda vergi imtahanlarda rast gəlinə biləcək 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

 

Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf

0 Komment

    Şərh yazın