Vergilər Nazirliyinin xahişi ilə 1 aylıq endirim!!!

Vergilər Nazirliyinin xahişi ilə 1 aylıq endirim!!!

Endirimlər fiziki şəxslər üçün 40%, hüquqi şəxslər üçün 90% təşkil edir
 
Elektron xidmətlərdə sadə və təhlükəsiz mobil autentifikasiya və mobil elektron imza – “Asan İmza” həllinin kütləvi istifadəsinin stimullaşdırılması məqsədilə Vergilər Nazirliyinin xahişi əsasında Azərbaycanın bütün mobil operatorları “Asan İmza” mobil elektron imza xidməti üçün qiymətlərin endirilməsi kampaniyasına başlayırlar.
 
16 may 2014-cü il tarixdən etibarən kampaniyanın başladığı andan bir ay ərzində “Asan İmza” mobil elektron imza xidməti üçün yeni tariflər qüvvədə olacaq. Artıq fiziki və hüquqi şəxslər, eləcə də dövlət qulluqçuları “Asan İmza” mobil elektron imzanı Azərbaycanın hər üç mobil operatorunun nümayəndəliklərindən vahid qiymət – 
18 AZN-ə (ƏDV daxil) əldə edə və 3 il müddətində ondan yararlana bilərlər.
 
“Asan İmza” mobil elektron imza xidmətinin əldə edilməsi ilə bağlı endirimlər fiziki şəxslər üçün 40%, hüquqi şəxslər üçün 90% və dövlət qulluqçuları üçün 80%-ə qədər təşkil edir.
 

İmtahan gününə qədər VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabına böyük endirim

Hal-hazırda qiyməti 15 manat olan kitabı 03 iyun 2014-cü il tarixə qədər 10 MANATA əldə edə bilərsiniz. Qeyd edək ki, kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda vergi imtahanlarda rast gəlinə biləcək 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

0 Komment

    Şərh yazın