Vergilər Nazirliyinin sənəd qəbulu ilə bağlı statistikası
Hansı rayonda 1 vakant yerə 387 nəfər müraciət edib?
Məlumat verdiyimiz kimi, Azərbaycan Respublikası Vergilər Nazirliyi Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün müsabiqə elan edib. Müsabiqə üzrə 17 vakant yerə artıq 1968 nəfər sənəd verib. Həmin müraciətlərdən 1400-ü qəbul olunub, 285 nəfərin sənədi rədd olunub və 283 nəfər isə gözləmədir. Ən çox müraciət olunan vakant yeri 4 saylı Ərazi Vergilər İdarəsi (Şamaxı şəhəri) üzrə audit şöbəsində dövlət vergi müfəttişidir – 387 nəfər.
Ən az müraciət olunan yer isə 8 saylı Ərazi Vergilər İdarəsinin (Beyləqan şəhəri) Vergi borclarının alınması şöbəsində Dövlət vergi müfəttişi vəzifə üzrədir – 10 nəfər.
İmtahan gününə qədər VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabına böyük endirim
Hal-hazırda qiyməti 15 manat olan kitabı 03 iyun 2014-cü il tarixə qədər 10 MANATA əldə edə bilərsiniz. Qeyd edək ki, kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda vergi imtahanlarda rast gəlinə biləcək 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi adressinə göndərməklə əldə edə bilərsiniz.
Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf
0 Komment
Şərh yazın