"ASAN Xidmət"də saxtakarlıq halı

"ASAN Xidmət"də saxtakarlıq halı

Vətəndaş hansı üsulla sənədi saxtalaşdırıb?

 

Şəmkir rayon sakini Gəncədə saxta yolla sənəd almağa cəhd edib.
 
Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Şəmkir rayonu Təzəkənd kənd sakini Yavər Hacıyev yenidən Rusiyaya qayıtmaq üçün Təzəkənd icra nümayəndəsinin verdiyi rəsmi sənədi saxtalaşdıraraq üzərinə öz fotosunu yapışdırıb.
 
Sonra o,
 Gəncədəki “ASAN xidmət” mərkəzinə şəxsiyyət vəsiqəsinin itdiyini bildirərək saxta sənədi təqdim edib.
 
Araşdırma zamanı məlum olub ki, Y.Hacıyev adını dəyişdirərək yeni şəxsiyyət vəsiqəsi almaq istəyirmiş.
 
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın