İlkin ödəniş 15 faiz olmaqla kredit əldə etmək imkanı

İlkin ödəniş 15 faiz olmaqla kredit əldə etmək imkanı

 “Bank Technique”  hansı ünvanlarda yerləşən yaşayış komplekslərində ipoteka ilə kredit təklif edir?
 
“Bank Technique” ASC əhalinin mənzillərə olan tələbatını nəzərə alaraq, tikinti şirkətləri ilə apardığı danışıqlar nəticəsində yeni ipoteka layihələrini təqdim edib.
 
Bankdan “APA-Economics”ə verilən məlumata görə, vətəndaşlar Xırdalan şəhəri, H. Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Inşaat” MMC-yə məxsus  “AAAF PARK 3” yaşayış kompleksindən mənzil alınması üçün ipoteka kreditindən faydalana bilər.
 
Layihənin şərtlərinə əsasən, yaşayış kompleksində bütün mənzilləri 15% ilkin ödəniş etməklə, 10 il müddətinə və illik 14% kredit dərəcəsi ilə əldə etmək mümkündür.
 
Bundan əlavə, “Bank Technique” Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S. Qocayev küç, 152, 156, 158, 162 və 164 ünvanında yerləşən “Bakikhanov Residence” yaşayış və ticarət kompleksindən mənzil alınması üçün ipoteka kreditini təklif edir. 
Bu proqramın şərtlərinə uyğun olaraq, mənzillərə 20% ilkin ödəniş etməklə, 5 il müddətinə və illik 12% kredit dərəcəsi ilə sahib olmaq olar.
 
Xatırladaq ki, “Bank Technique” “Yeni Hayat” Şirkətlər Qrupuna məxsus “Park Azure” yaşayış kompleksindəki mənzilləri ipoteka krediti ilə almaq imkanı yaradıb. Burada yaşayış sahələrini 10% ilkin ödəniş etməklə, 10 il müddətinə və illik 10 faiz dərəcəsi ilə əldə etmək mümkündür.
 

 “Monitor Konsaltinq Servis” MMC  yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),

• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı        

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər