Azərbaycan Dövlət İqtisad Universitetində rüşvət istədikdə nə etməli...
Artıq bütün şikayətləri bildirmək üçün imkan yaradıldı
Mayın 12-də Azərbaycan Dövlət İqtisad Universitetində “Qaynar xətt” fəaliyyətə başlayıb.
“Qaynar xətt”lə əlaqə saxlamaq üçün Təhsil Nazirliyinin 146 “qaynar xətt”ini, sonra azərbaycan dili üçün 1 düyməsini və operatorun sizə təklif etdiyi 3 nömrəsini yğımaqla ADİU haqda olan bütün şikayət və təklifləri bildirmək mümkündür.
“Qaynar xətt”in yaradılmasında əsas məqsəd təhsil prosesində şəffaflığı təmin etməkdir.
ADİU-nun “Qaynar xətt”i həftə içi hər gün saat 09.00-dan 18.00-dək bütün zəngləri qəbul edir
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın