Əmək məzuniyyətinin hesablanmasına dair misallı sual

Əmək məzuniyyətinin hesablanmasına dair misallı sual

“MK” jurnalının eksperti Altay Cəfərov bu suala aydınlıq gətirir

Sual:Salam. Mənə maraqlıdır ki, işçi 07.01.2014-11.02.2014-cü il tarixlərində əmək məzuniyyətinə çıxır. Cəmi 36 gün. İşçinin maaşı 253 manatdır. Xahiş edirəm, hesablayasınız, işçi nə qədər məzuniyyət haqqı almalıdır? 

Yanvar ayına 25 gün, fevral ayına isə 11 gün məzuniyyət günü düşür.

Mənim hesablamam belədir:

1)  253x12/12/30.4=8.32 (1 günə düşən məzuniyyət ödənişi)
2) yanvar ayı üçün: 25x8.32 = 208
3) fevral ayı üçün: 11x8.32 = 91.52
4) Cəmi: 299.52
5) Vergi: (208-136)x14%=10.08
6) Həmkar: 299.52x1.5%=4.49
7) Sosial: 299.52x3%=8.99


8) Cəmi tutulan vergi: 23.56
9) Ödənilən məbləğ: 275.96

Məni əsas maraqlandırır ki, vergi hesablayanda təkcə yanvar ayından çıxdım vergini, çünki fevral ayında olan 91.52 manat vergiə düşmür. İndi mən işçi fevralda işə qayıdarkən onun 13 gününü hesablayanda fevralda tutmadığım vergini (91.52) maaşın üzərinə gəlib vergi çıxmalıyam? Yoxsa ki, məzuniyyət hesablayarkən elə birdəfələlik 299.52-i manatı 14%-ə vurmalıyam?

Əli Tağıyev

Cavab: Sizin ümumi hesablama prinsipiniz düzgündür. Yanvar ayın üçün hesablamalar düzgündür. Sadəcə, fevral ayında özünüz qeyd etdiyiniz kimi məzuniyyətdən qayıdandan sonra işə çıxan zaman 13 iş gününə hesablanılmış əməkhaqqı, 11 günə görə hesablanılmış 91,52 manat məzuniyyət pulu cəmlənməlidir. Ümumi məbləğdən gəlir vergisi tutulmalıdır. 

 

 

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər