Vergilər Nazirliyi planşet hədiyyə edəcək
Planşeti qazanmaq üçün nələri etmək lazımdır?
Azərbaycan Respublikası Vergilər Nazirliyi yeni yaradılacaq “Universal Çağrı mərkəzi” üçün loqotip və şüar müsabiqəsi elan edir!
Azərbaycan Respublikası Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət sahələrini əhatə edəcək “Sahibkarlıq fəaliyyəti sahəsində Universal telefon məlumat xidməti – Çağrı Mərkəzi” barədə müsabiqə elan edilir.
Müsabiqənin mövzuları:
• “Universal Çağrı mərkəzi” loqotipi üzrə
• “Universal Çağrı mərkəzi” şüarı üzrə
Müsabiqəyə təqdim olunan loqotipə və şüara aid tələblər:
• Müsabiqədə iştirak sərbəstdir
• Müsabiqəyəhər bir şəxs tərəfindən təqdim edilən loqotip və(vəya) şüar sayına məhdudiyyət qoyulmur
• Müsabiqəistirakçılarından kreativlik tələb olunur
• Təqdim olunan loqotip və(vəya) şüar unikal olmalı, hər hansı təşkilatın loqosuna, şüarına vəya devizinə, marka və ya nişanına bənzəməməlidir
• Plagiat hesab olunan loqotip və(vəya) şüar müsabiqəyə qəbul edilməyəcəkdir.
Müsabiqəyə təqdim olunan loqo tipin aşağıdakı şərtlər daxilində göndərilməsi tövsiyə olunur (loqo tipin başqa formatda, ölçüdə göndərilməsinə məhdudiyyət qoyulmur):
• Loqotip PNG, TİFF, CDR, PSP, Aİ, EPS, WMF formatlarından birində olması
• Loqotipin ölçüsüsunu 300 dpi və daha çox olması
• Loqotipin rəngli və monoxrom variantda təqdim olunması
Müsabiqəyə təqdim olunan şüarın aşağıdakı şərtlər daxilində göndərilməsi tövsiyə olunur (şüarın bir neçəsözdən ibarət olmasına məhdudiyyət qoyulmur):
• Şüarın Azərbaycan dilində və üç sözdən artıq olmaması
2014-cü ilin mayın 6-dan 26-dək davam edəcək müsabiqəyə təqdim edilmiş ən maraqlı, kreativ və“Universal Çağrı mərkəzi”nin fəaliyyətinə uyğun loqo tip və şüarların ən yaxşısı seçilərək onların müəllifləri mükafatlandırılacaq:
• Loqotip üzrə: “Surface PRO” planşeti ilə
• Şüar üzrə: “Microsoft Surface RT + Touch Cover” planşeti ilə
İştirakçılar öz işlərini facebook.com/vergiler - səhifəsinə, həmçinin [email protected] ünvanınagöndərəbilərlər.
Uğurlar!
“Monitor Konsaltinq Servis” MMC yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:
• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;
• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;
• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;
• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),
• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı
• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;
• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.
Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın