SOCAR-dan Gürcüstanda qeyri-adi xeyriyyə addımı

SOCAR-dan Gürcüstanda qeyri-adi xeyriyyə addımı

Maraqlıdır, ARDNŞ məscidlərimiz üçün eyni addımı həyata keçirəçəkmi?
 
ARDNŞ Gürcüstan Patriarxiyası ilə saziş imzalayıb.
Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, ARDNŞ ilə Gürcüstanın Energetika Nazirliyi və Patriarxiyası arasında 2013-cü il oktyabrın 19-da tərtib edilmiş əməkdaşlıq haqqında protokola əsasən ARDNŞ qarşı tərəfin təqdim etdiyi siyahı üzrə
 bu ölkədə fəaliyyət göstərən dini ibadət ocaqları tərəfindən 2013-cü il noyabrın 1-dən 2014-cü il noyabrın 1-dək məişət məqsədləri üçün istifadə olunan təbii qazın dəyərinin ödənilməsinə dair müqavilə imzalayıb.
Mayın 3-də ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədovun imzaladığı müqaviləyə əsasən, Şirkət Gürcüstanın pravoslav kilsə və monastırları, həmçinin müxtəlif dini konfessiyalara (kilsə-monastır, məscid və sinaqoq) məxsus müəssisələr tərəfindən bir il müddətinə istifadə olunmuş təbii qazın haqqını öz hesabına ödəyəcəkdir.
 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın