Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə nə etməli?
Məlumat verdiyimiz kimi, Azərbaycan Respublikası Vergilər Nazirliyi Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün müsabiqə elan edib. Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə bugündən yəni 05.05.2014-cü il tarixdən 18.05.2014-cü il tarixədək həyata keçirilir. İştirak etmək istəyənlər göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə kod verilir. Namizəd sənədləri qəbul edildikdən üç iş günü ərzində verilmiş kod əsasında ərizəsinin qəbul edilib edilmədiyi barədə məlumat ala bilər.
Sənədləri qəbul edilən namizədlər 30.05.2014-cü il tarixdən 01.06.2014-cü il tarixədək imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi, 16) götürməlidirlər. Müsabiqənin test imtahanı 03.06.2014-cü il tarixdə TQDK-nın müəyyən etdiyi yerdə keçiriləcəkdir.
“Elektron ərizə” formasını doldurmazdan qabaq namizədlər “Sənədlərinin toplanması, yoxlanılması və müsabiqənin keçirilməsi” qaydaları ilə tanış olmalı, yalnız bu qaydalarla razı olduqları halda qeydiyyatdan keçməlidirlər. Elektron poçtu olan namizədlərin poçt ünvanına qeyd olunan qaydalar və digər məlumatlar göndərilir.
Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı problem yarandıqda 0-12-403-87-52 nömrəli telefonla Vergilər Nazirliyinə, nazirliyinin inzibati binasının qəbul otağına, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Diqqət! Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar yalnız aşağıda qeyd olunan vakant yerlərdən birinə işə qəbul edilməsi üçün ərizə ilə müraciət edə bilər.
Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizəd ərizəsində göstərdiyi vakant yer üzrə vəzifədən imtina edərsə Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılır!
Müsabiqəyə çıxarılan vakant vəzifələrin siyahısı:
- 4 saylı Ərazi Vergilər İdarəsi (Şamaxı şəhəri) - 2
Audit şöbəsi
dövlət vergi müfəttişi - 1
Vergi proqnozları və risklərin təhlili şöbəsi
dövlət vergi müfəttişi - 1
- 5 saylı Ərazi Vergilər İdarəsi (Şirvan şəhəri) - 3
Qeydiyyat və uçot şöbəsi
dövlət vergi müfəttişi - 1
Vergi ödəyicilərinə xidmət şöbəsi
dövlət vergi müfəttişi - 1
Bəyannamələrin kameral yoxlanması şöbəsi
dövlət vergi müfəttişi - 1
- 6 saylı Ərazi Vergilər İdarəsi (Lənkəran şəhəri) – 2
Hüquq şöbəsi
dövlət vergi müfəttişi - 1
Vergi ödəyicilərinə xidmət şöbəsi
dövlət vergi müfəttişi - 1
- 8 saylı Ərazi Vergilər İdarəsi (Beyləqan şəhəri) – 3
Audit şöbəsi
dövlət vergi müfəttişi - 1
Bəyannamələrin kameral yoxlanması şöbəsi
dövlət vergi müfəttişi - 1
Vergi borclarının alınması şöbəsi
dövlət vergi müfəttişi - 1
- 10 saylı Ərazi Vergilər İdarəsi (Qəbələ şəhəri) – 1
Vergi borclarının alınması şöbəsi
dövlət vergi müfəttişi - 1
- 11 saylı Ərazi Vergilər Departamenti (Yevlax şəhəri) – 2
Vergi ödəyicilərinə xidmət şöbəsi
dövlət vergi müfəttişi - 1
Vergi borclarının alınması şöbəsi
dövlət vergi müfəttişi - 1
- 13 saylı Ərazi Vergilər İdarəsi (Zaqatala şəhəri) – 1
Qeydiyyat və uçot şöbəsi
dövlət vergi müfəttişi - 1
- 14 saylı Ərazi Vergilər İdarəsi (Şəmkir şəhəri) - 2
Vergi borclarının alınması şöbəsi
dövlət vergi müfəttişi -1
Bəyannamələrin kameral yoxlanması şöbəsi
dövlət vergi müfəttişi - 1
- Kəlbəcər rayon Vergilər Şöbəsi (Gəncə şəhəri) -1
Vergi ödəyicilərinin məlumatlandırılması üzrə
böyük dövlət vergi müfəttişi - 1
Cəmi: 17 yer.
Qeyd: Müsabiqənin sonuna qədər vakant yerlərin sayı dəyişə bilər.
“Monitor Konsaltinq Servis” MMC yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:
• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;
• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;
• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;
• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),
• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı
• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;
• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.
Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın