Fiziki şəxs vergi uçotundan çıxmaq üçün hansı addımları atmalıdır?
Vergilər Nazirliyi bu suala izahlı cavab verir
Sual: Salam. 5 il bundan əvvəl öz adıma VÖEN açdırmışam. 1 ay sonra 5 illik VÖEN-i dondurdum. İndi 5 ilin bitməyinə az qalıb. Ümumiyyətlə VÖEN-i bağlatdırmaq istəyirəm. Xahiş edirəm bunun üçün keçməli olacağım proseduru mənə başa salın.
Aliyə Əhmədova,
Cavab: Sorğunuzdan vergi ödəyicisi olan fiziki şəxsin (Əhmədova Aliyə Mir Məmməd qızı VÖEN 1401703532) uçotdan çıxarılmasının soruşulduğu qənaətinə gələrək bildiririk ki, vergi uçotundan çıxarılmaq üçün internet səhifəmizdə yerləşdirilmiş ərizə ilə qeydiyyatda olduğunuz vergi orqanına şəxsən və ya səlahiyyətli nümayəndəniz vasitəsilə müraciət edilməli və vergi uçotundan çıxarılanadək vergi ödəyicisinin uçota alınması barədə vergi şəhadətnamənizi (vergi orqanından təhvil götürüldüyü halda onun əsli, vergi şəhadətnaməsi itmişdirsə, bu barədə yazılı məlumat) vergi orqanına təqdim etməlisiniz. Müfaviq olaraq da tərəfinizdən ləğv olunma tarixi hansı rübə düşürsə ondan sonrakı ayın 20-dən gec olmamaq şərtilə vergi orqanına ləğv etmə xanasına işarə qoyulmaqla “Sadələşdirilmiş verginin bəyannaməsi” təqdim edilməlidir.
Fiziki şəxsin sahibkarlıq fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciəti daxil olduqda, həmin fiziki şəxsdə növbədənkənar səyyar vergi yoxlaması da keçirilə bilər.
Qeyd edilən hallar aradan qaldırıldıqdan sonra vergi orqanı tərəfindən fiziki şəxs vergi uçotundan çıxarılaraq onun vergi uçotu ləğv edilir, şəxsi hesab vərəqəsi proqram təminatı vasitəsilə avtomatik bağlanılır və ona “Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında Bildiriş” göndərilir. Fiziki şəxs vergi uçotundan çıxarıldıqda, ona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir.
Cavabın əsaslandırılması: Vergi Məcəlləsinin 34.7.3-cü maddəsi (vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması), 38.3.8 (növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi), 221.3-cü (sadələşdirilmiş verginin hesablanamsı qaydası, ödəmə müddəti və bəyannamənin verilməsi) maddələri və Vergilər Nazirliyinin Kollegiyasının 10.04.2013-cü il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları”
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014
“Monitor Konsaltinq Servis” MMC yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:
• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;
• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;
• 2014-cü il üzrə iş norması və istehsalat təqvimi
• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;
• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.), İnzabati və Cinayət Məcəlləsindən çıxarışlar;
• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;
• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.
Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın