TQDK imtahanda səhv olduğunu etiraf etdi
Bu yanlışlığı aradan qaldırmaq üçün hansı üsuldan istifadə edilib?
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sınaq imtahanlarında bəzi fənlər üzrə səhv sualların olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, sınaq imtahanında səhv sual yalnız aprelin 20-də keçirilən sınaq imtahanında qeydə alınıb. Onun sözlərinə görə, həmin sualın cavabı imtahan qaydalarına əsasən, abituriyentlərin verdiyi cavabdan asılı olmayaraq onların xeyrinə həll olunub.
E.Nağızadə qeyd edib ki, bu yanlışlığı aradan qaldırmaq üçün sual ulduzla işarələnib: “Sınaq imtahanlarında təqdim olunan 125 sualdan birinin səhv olması mümkündür. Belə olduqda da sualın cavabı abituriyentlərin xeyrinə həll edilir. Bəzi mətbuat orqanlarında açıqlama verən Bakı Dövlət Universitetinin tarix müəllimi Kamran Əsədov isə TQDK-nın eksperti deyil. Komissiyanın Kamran Əsədov adında eksperti yoxdur. Sadəcə, o insan TQDK-nın adından istifadə edərək belə açıqlamalar verir”.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın